image-n1karobka_ads
image-123
image-depositphotos_235920014_xl-pic_32ratio_900x600-900x600-56310backend

Çin tərksilah dialoqu üçün ən böyük arsenalların azaldılmasına çağırıb

Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Jian bildirib ki, beynəlxalq silahlara nəzarət üzrə dialoq üçün ən böyük nüvə arsenalına malik olan ölkələr onları əhəmiyyətli dərəcədə azaltmalıdır.

Bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, bu cür ölkələrin silahlarını azaltması hazırda ən vacib məsələdir.

“Ən böyük nüvə arsenalına malik olan ölkələr nüvə tərksilahına dair xüsusi prioritet öhdəliklərini yerinə yetirməlidirlər və digər nüvə silahına malik dövlətlərin nüvə tərksilahına dair çoxtərəfli danışıqlara qoşulmasına şərait yaratmaq üçün nüvə arsenallarını əhəmiyyətli dərəcədə azaltmağa davam etdilər “, diplomat paylaşıb.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki