Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi 2025-ci ilin ilk doqquz ayında ABŞ ilə ticarət dövriyyəsinin 15,6 faiz azaldığını açıqlayıb.
Doğru.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu dövrdə Çindən ABŞ-a ixrac 317,224 milyard dollar təşkil edib. ABŞ isə Çinə 108,591 milyard dollar dəyərində mal ixrac edib ki, bu da ötən illə müqayisədə 11,6 faiz azdır.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens (J.D. Vance) bildirmişdi ki, yaxın həftələrdə Vaşinqton Çinin ticarət müharibəsi istəkləri ilə bağlı mövqeyini daha aydın görəcək.
DOĞRU.AZ