image-ads_n1karobka_mobile
image-01bd7aee-aad3-4feb-a3c2-4def70cd7d25-1140x570backend

“Çinar MTK”nın binasında həyat iflic oldu: 800 ailə işıqsız və susuz qalıb! 

image-add-a-heading

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 26-cı məhəllədə, “Çinar MTK” yaşayış kompleksində ciddi problem yaranıb.

Məlumata görə, binanın zirzəmisini su basıb, nəticədə tikilinin elektrik və su təchizatı sistemi tamamilə dayanıb.

İddiaya görə, hadisə səbəbindən yaşayış kompleksində məskunlaşan təxminən 800 ailə işıqsız və susuz qalıb.

Sakinlər problemin aradan qaldırılmadığını bildirir və vəziyyətin getdikcə daha da ağırlaşdığını qeyd edirlər.

Hazırda hadisənin səbəbləri və fəsadların aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

Sakinlər aidiyyəti qurumları təcili müdaxilə etməyə çağırır.

Mövzunu diqqətdə saxlayacağıq.

Xəbərsiz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki