image-n1karobka_ads
image-123
image-ap20204427718555-pic_32ratio_900x600-900x600-41983backend

Çində ekspress yolu uçub, 31 nəfər xəsarət alıb

image-ad_qayo_720x110px

Çində Quanqdonq əyalətində Maida ekspress yolu çöküb.

Sinxua agentliyi hadisə barədə mayın 1-də səhər saatlarında məlumat verib.

Agentliyin məlumatına görə, insident 02:10 (Moskva vaxtı ilə 07:10) radələrində baş verib. Hadisə nəticəsində 18 avtomobil dağıntılar altında qalıb, 31 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat dəqiqləşdirilir.

Qeyd olunur ki, hazırda magistral avtomobillərin hərəkəti üçün bağlanıb, orada xilasetmə işləri aparılır, hadisənin səbəbləri müəyyənləşdirilir.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki