image-2000x150px
image-123
image-ads_atlas
image-bc910ac0-2b08-3478-86fe-551f89d45630_850backend

 Çində makroiqtisadi statistika açıqlandıqdan sonra neft ucuzlaşıb 

image-728x90px

Çində makroiqtisadi statistikanın açıqlanmasından sonra dünya bazarında neft qiymətləri düşüb.

Şimal dənizində hasil olunan “Brent” markalı neftin yanvar fyuçersləri 0,54 % ucuzlaşaraq 1 bareli 90,85 ABŞ dollarına satılıb. “WTI” markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,61 % düşüb və 1 bareli 84,53 ABŞ dolları təşkil edib.

Birjalar Çində statistik məlumatların dərc olunmasına reaksiya verib. Belə ki, ÇXR Baş Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ilin ilk üç rübündə Çin neft idxalını illik ifadədə 4,3 % azaldıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki