image-n1karobka_ads
image-123
image-depositphotos_209790352_l-pic_32ratio_900x600-900x600-10603backend

Çində sərnişin təyyarəsi qəzaya uğrayıb

Çində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Haber Global xəbər verir ki, bu barədə Çinin “Penpai” informasiya portalı məlumat yayıb.

Portalın məlumatına görə, oktyabrın 1-də Çinin şərqindəki Anhuy əyalətində göyərtəsində sərnişinlərin olduğu təyyarə qəzaya uğrayıb. Onun hara getdiyi və göyərtədə neçə nəfərin olduğu barədə hələlik məlumat yoxdur.

Təyyarə Anhui Jinying Aviasiya Klubuna (Anhui Qızıl Qartalı) məxsus idi. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Sentyabrın 16-da Braziliyanın şimalında Amazon çayı hövzəsinin ekvatorial tropik meşəsində təyyarə qəzası baş verib. Embraer Bandeirante təyyarəsi leysan zamanı Manaus əyalətinin paytaxtından 400 km aralıda aerodromda yerə enib. Təyyarədə 12 turist və 2 ekipaj üzvü olub. Qəzadan sağ qalan yoxdur.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki