2023-cü ilin iyununda Çindən Rusiyaya minik avtomobillərinin tədarükünün həcmi ilk dəfə olaraq 1 milyard dolları ötüb, Prime Çin gömrüyünün məlumatlarını təhlil edən RİA Novosti agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, iyunda minik avtomobillərinin tədarükü may ayı (809,4 milyon dollar) ilə müqayisədə dörddə bir artıb. İyun ayının nəticəsi rekord idi, əvvəlki rekord apreldə (976,9 milyon dollar) qeydə alınıb.
Eyni zamanda, Çindən yeni təkərlərin tədarükü də yeni tarixi maksimuma çatıb və iyun ayında 15% artıb (156,3 milyon dollara qədər). Rusiyaya avtomobil hissələri və komponentlərinin idxalı rekord həcmə yaxınlaşıb (11%; 179,2 milyon dollara qədər).
Qeyd olunur ki, təkcə bu ilin ilk altı ayında Çindən Rusiyaya 4,6 milyard dollar dəyərində minik avtomobilləri gətirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 dəfə çoxdur.
Mənbə: RİA Novosti