image-n1karobka_ads
image-123
image-fd4f8562-f459-4d4c-9038-59c4c664c0a5backend

Çinli turistlərin Azərbaycana kütləvi səfərləri  olunur

image-ad_qayo_720x110px

Çinli turistlərdən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Bu, pandemiyadan sonra Çindən həyata keçirilən ilk qrup səfəridir.

Xatırladaq ki, 2019-cu ildə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Memoranduma əsasən Azərbaycan çinli turistlərin səyahət edə biləcəyi ölkələr siyahısına salınıb.

Növbəti illərdə Çində marketinq və təbliğat işlərinin intensiv olaraq bərpa edilməsi, çinli turistlərin sayının artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi nəzərdə tutulur. Çin Xalq Respublikası vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza” elektron sistemi tətbiq olunur. Hazırda Urumçi şəhərindən Bakıya həftədə bir dəfə olmaqla uçuşlar həyata keçirilir.

2023-cü ilin ilk rübündə Çindən ölkəmizə 1279 nəfər səyahət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 dəfə artım, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 40% bərpa deməkdir.

DOĞRU.AZ

image-fcaff933-02e3-4599-9026-d2abe4430fa4

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki