image-2000x150px
image-123
image-ads_atlas
image-holanbackend

ÇL: Holann penta-trik etdi, “Mançester Siti” və “İnter” 1/4 finalda – VİDEO

image-728x90px

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsi davam edir.

Daha iki cavab oyunu keçirilib.

“Portu” Portuqaliyada “İnter”i qəbul edib. İlk matçda minimal hesablı qələbə (1:0) əldə edən italyanlar səfərdə sərfəli nəticəni qoruya biliblər. Matç 0:0 hesabı ilə başa çatıb və “nerazzuri” adını 1/4 finala yazdırıb.

Digər qarşılaşma İngiltərədə baş tutub. Turnirin favoritlərindən “Mançester Siti” ilk matçda 1:1 hesablı heç-heçəyə razılaşdığı “Leypziq”lə üz-üzə gəlib. “Şəhərlilər” ev oyununda rəqibi darmadağın ediblər – 7:0.

“Mançester Siti”nin qollarından 5-ni Erlinq Holann vurub. İlkay Gündoğan və Kevin De Bruyne hərəyə bir dəfə fərqləniblər.

İki oyunun cəmində rəqibindən 8:1 üstün olan ingilislər mərhələ adlayıblar.

DOĞRU.AZ

Çempionlar Liqasında daha əvvəl “Bavariya”, “Çelsi”, “Milan”, və “Brügge” 1/4 finala yüksəlmişdi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki