Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Doğru.az xəbər verir ki, Xidmətin bildirdiyinə görə, dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə isə yağıntının leysan xarakterli olacağı ehtimal edilir.
Məlumata əsasən, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.
Bununla yanaşı, çaylarda, xüsusilə Quba–Xaçmaz və Lənkəran–Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.
Müvafiq qurumlara və əhaliyə hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq tövsiyə edilir.
DOĞRU.AZ




























