image-n1karobka_ads
image-123
image-1734500153_6d0a83c5-2231-3370-accd-9352276578ed_850backend

Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən, Naxçıvan Muxtar respublikasında və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Xidmətdən Doğru.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Xaçmazda və Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 metr/saniyəyədək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki