image-n1karobka_ads
image-123
image-c038d8b7-d6f4-3c36-88d3-30a5c92ab7fa_850backend

Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var

Daşkəsəndə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yuxarı Daşkəsən qəsəbəsində avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1989-cu il təvəllüdlü O.Məmmədov və 1990-cı il təvəllüdlü O.İsayev xəsarət alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki