image-2000x150px
image-123
image-ads_atlas
image-img_1339backend

Davam”da Sabir Rüstəmxanlının 75 illiyi qeyd olunub

image-728x90px

Sabah Azərbaycanın Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının 75 yaşı tamam olur.

Bu münasibətlə “Davam” Gənclər Hərəkatının mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzində Sabir Rüstəmxanlı ilə bir qrup davamçı üzv arasında görüş baş tutub.

Görüşdə Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, “Yeni Çağ” Media Qrupunun baş redaktoru Aqil Ələsgər, “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili, “Veteninfo.Az” İnformasiya Agentliyinin təsisçi və baş redaktoru Nahid Canbaxışlı, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və başqaları qonaq qismində iştirak edib.

Görüşü giriş sözü ilə açan “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı Sabir Rüstəmxanlını təbrik edib, onun Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz xidmətlərindən, müstəqillik uğrunda mübarizəsindən, ziyalı ömür yolundan söhbət açıb. Daha sonra sözü xalq şairi Sabir Rüstəmxanlıya verib.

Sabir bəy tələbəlik, gənclik illərindən, şeirlərinin, “Ömür kitabı”nın milli düşüncəmizin formalaşmasındakı rolundan söhbət açıb. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Qarabağa dönüş” poeması haqqında danışıb.

Səmimi söhbət əsnasında gənclərlə maraqlı müzakirələr aparılıb. Sonra isə “Davam” Gənclər Hərəkatı adından təbrik plaketi Sabir Rüstəmxanlıya təqdim olunub.

Sonda xatirə fotosu çəkilib və Sabir Rüstəmxanlı hər bir iştirakçıya özəl imzası ilə “Qarabağa dönüş” poemasını hədiyyə edib.

Qeyd edək ki, bu görüş “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyinin təklifi və “Davam” Gənclər Hərəkatının dəstəyi ilə baş tutub.

DOĞRU.AZ

image-img_1531 image-img_1317 image-img_1339 image-img_1303 image-img_1400 image-img_1305 image-img_1539 image-img_1511 image-img_1331 image-img_1294 image-img_1470 image-img_1326

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki