image-2000x150px
image-123
image-ads_atlas
image-4b4ff2ede8ad7a0ca39b3f3844f51f19o2backend

DÇ-2022: Yaponiya və İspaniya 1/8 finalda – YENİLƏNİB 

image-728x90px

Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Iki kollektiv E qrupunun son turunda üz-üzə gəlib.

Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra yaponiyalılar 6 xalla qrup lideri olublar. 4 xalı olan ispaniyalılar isə 2-ci yerin sahibi kimi pley-offa adlayıblar.

Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

00:11

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında hesab yenidən dəyişib.

Qarşılaşmanın 53-cü dəqiqəsində Tanaka Yaponiyanı önə keçirən qola imza atıb.

00:05

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında hesab bərabərləşib.

Qarşılaşmanın 48-ci dəqiqəsində Doan Yaponiyanın bərabərlik qoluna imza atıb.

00:02

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında ikinci hissə başlayıb.

  İspaniya qalib gəlir.

23:49

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında ilk hissə başa çatıb.

  İspaniya qalib gəlir.

23:14

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında hesab açılıb.

  oyunun 12-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb.

23:02

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçı başlayıb.

  matç saat 23:00-da start götürüb.

22:32

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Yaponiya və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo

İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, İnyaki Uilyams

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında ilk hissə başa çatıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki