image-n1karobka_ads
image-123
image-176362822562581500_1200x630backend

Dekabrın 22-də hava əsasən yağmursuz keçəcək – PROQNOZ

image-ad_qayo_720x110px

Dekabrın 22-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər saatlarında ayrı-ayrı yerlərdə zəif duman müşahidə oluna bilər. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3–6° isti, gündüz 7–9° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80–85%, gündüz isə 60–65% olacaq.

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi üstünlük təşkil edəcək.

Rayonlarda havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8–13° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3–8° şaxta, gündüz 3–8° isti proqnozlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki