image-n1karobka_ads
image-123
image-547153backend

Dekabrın 4-nə hava proqnozu açıqlanıb

image-ad_qayo_720x110px

Dekabrın 4-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gecə və axşam bəzi yerlərdə çiskin yağacağı ehtimal edilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 8-11°, gündüz 12-15° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılar gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı bölgələrdə duman müşahidə olunacaq, qərb küləyi əsəcək. Gecə 3-8°, gündüz 12-17° isti olacaq. Dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti proqnozlaşdırılır.

Naxçıvanda hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Temperatur gecə 2-7° şaxta, gündüz 9-13° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam və həmçinin Daşkəsən-Gədəbəy, Göygöl zonasının bəzi yerlərində yağıntı, duman və qərb küləyi gözlənilir. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Şərqi Zəngəzurda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda günün ikinci yarısında çiskin ehtimalı var. Temperatur gecə 3° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Qazax-Gəncə bölgəsində hava əsasən yağmursuz olacaq, lakin günün ikinci yarısında çiskin ehtimal edilir. Gecə 3-8°, gündüz 10-15° isti olacaq.

Şimal-qərb bölgəsində (Balakən-Qusar xətti) bəzi yerlərdə yağıntı, dağlıq ərazilərdə qar gözlənilir. Gecə 2-6°, gündüz 10-15° isti olacaq.

Aran rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Temperatur gecə 3-8°, gündüz 12-17° isti olacaq.

Cənub bölgəsində (Lənkəran-Astara) bəzi yerlərdə yağış, leysan ehtimalı var. Gecə 5-9°, gündüz 11-14° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki