image-n1karobka_ads
image-123
image-17650972311447936754_1200x630backend

Dekabrın 8-nə olan hava proqnozu açıqlanıb

image-ad_qayo_720x110px

Dekabrın 8-də ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək.

Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Axşam saatlarında şimal-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9°, gündüz 10-13° isti olacaq. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə leysan, dağlıq bölgələrdə isə qar yağacağı proqnozlaşdırılır. Gündüz saatlarında yağıntılarda qısa fasilə olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 9-13° isti, dağlarda isə gecə 0-4° şaxta, gündüz 4-8° isti olacaq.

Naxçıvan bölgəsində bəzi yerlərdə yağıntı, dağlıq ərazilərdə qar gözlənilir. Gecə temperatur 2-7° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Qarabağ və Şərqi Zəngəzurda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimal edilir. Gündüz saatlarında yağıntılar tədricən kəsiləcək. Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Qərb bölgələrində – Gəncə-Qazax zonasında da arabir yağış, dağlıq ərazilərdə qar gözlənilir. Temperatur gecə 1-5°, gündüz 7-11° isti olacaq.

Şimal-qərb və şimal bölgələrində – Balakən, Zaqatala, Qəbələ, Quba və digər rayonlarda leysan xarakterli yağış, dağlıq ərazilərdə qar proqnozlaşdırılır. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, günün ikinci yarısında kəsiləcəyi bildirilir. Temperatur gecə 2-7°, gündüz 9-13° isti olacaq.

Cənub bölgəsində – Lənkəran-Astara zonasında arabir leysan yağacağı, axşama doğru yağıntıların dayanacağı gözlənilir. Temperatur gecə 5-8°, gündüz 9-12° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki