image-n1karobka_ads
image-123
image-17289976934643618491_1200x630backend

DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər

Oktyabrın 20-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Doğru.az-a bildirilib ki, namizədlər imtahana buraxılış vərəqəsini buradan çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki