image-n1karobka_ads
image-123
image-fc94f177-4235-3c12-ac1c-cccc1e4ccbc8_850backend

DİM sədri: Şagirdlərin buraxılış imtahanındakı nəticələri dəyişməz qalıb

2025-ci ildə keçirilən buraxılış imtahanlarının nəticələrində ötən illə müqayisədə ciddi fərq müşahidə olunmayıb.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, 2025-ci ildə orta statistik şagirdin topladığı bal 132.33 olub. Bu göstərici 2024-cü ildə isə 132.09 idi. “Demək olar ki, nəticələr sabit qalıb”, – deyə sədr qeyd edib.

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarına hazırlıq səviyyəsinin ilkin göstəricisi hesab olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki