Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də əlavə imtahan təşkil edəcək.
Doğru.az xəbər verir ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də imtahana qatılacaqlar.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində keçiriləcək. Şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından imtahana buraxılış vərəqəsini çap edib götürə bilərlər.
Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada imtahan prosesi, qaydalar və digər vacib məlumatlar yer alır.
DOĞRU.AZ