image-2000x150px
image-123
image-ads_atlas
image-1716010619_mg_7378backend

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

image-728x90px

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.

Doğru.az xəbər verir ki, bununla bağlı nazirliyin yaydığı xəbərdarlıqda deyilir.

Qeyd olunur ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə bu məlumatları bilmək vacibdir:

“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir. Həmçinin siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır.

Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə mütləq ora rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın.

Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycanın Elm və Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki