ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika onun prezidentliyinin əvvəlindən çiçəklənməyə başlayacaq. O, başqalarının “ölkəsindən faydalanmasına” imkan verməyəcəyinə söz verib.
“Amerikanın qızıl dövrü başlayır… Bizim suverenliyimiz bərpa olunacaq… Bizim əsas prioritetimiz azad, firavan millət yaratmaq olacaq. Amerika tezliklə daha böyük, daha güclü olacaq”, – deyə dövlət başçısı andiçmə mərasimində çıxışı zamanı bildirib.
Yanvarın 20-də Donald Tramp and içdi və rəsmi olaraq ABŞ prezidenti kimi ikinci dəfə Ağ Evə rəhbərlik etdi ; Trampın ilk səlahiyyət müddəti 2017-ci ildən 2021-ci ilə qədər davam edib.
DOĞRU.AZ