image-2000x150px
image-123
image-ads_atlas
image-budcebackend

Dövlət büdcəsində SON VƏZİYYƏT: Profisitin həcmi AÇIQLANDI

image-728x90px

Cari ilin I yarısında Azərbaycan dövlət büdcəsinə 17 899,4 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə isə daxiolmaların ümumi həcmi 14 049,3 milyon manat təşkil edib. Bu onu göstərir ki, bir il ərzində 17 faiz artım baş verib.

Doğru.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı son hesabatda məlumat verilib.

Yarım il ərzində dövlət büdcəsindən müxtəlif məqsədlər üçün 15 334,8 milyon manat vəsait xərclənib. Keçən dövrdə isə bu xərclər 13 681,6 milyon manat təşkil edib. Deməli, ötən dövrdə çəkilən xərclərin həcmində 1.653,2 milyon manat və ya 15,2 faiz artım baş verib.

Qeyd edək ki, bu xərclər əsasən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iri infrastruktur latyihələrinin icrası, antiinfilyasiya tədbirləri, müdafiə, sosial, investisiya və digər məqsədlər üçün sərf olunub.

Cari dövrdə büdcə gəlirlərinim ümumdaxili məhsuldakı (ÜDM) xüsusi çəkisi 24,1 faiz, xərclərinki isə 20,7 faiz olub.

Qeyd edək ki, hazırda dövlət büdcəsində 2 564,6 manatlıq profisit yaranıb. Ötən ilin eyni dövründə bu rəqəm 367,7 manat olub. Deməli, 1 il ərzində büdcədə 2 196,9 milyon manatlıq profisit yaranıb. Bunun da ÜDM-dəki xüsusi çəkisi 3,5 faizdir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki