image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-10-20t181930-979backend

Dövlət Məşğulluq Mərkəzinin kursunun qəzaya uğrayan iştirakçılarının vəziyyəti AÇIQLANDI

image-728x90px

Bu gün Tərtər rayonunda baş verən ağır yol qəzasında xəsarət alan Dövlət Məşğulluq Mərkəzinin kursunun iştirakçılarının vəziyyəti açıqlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev məlumat yayıb.

O, qeyd edib ki, günorta saatlarında Tərtər rayonunda 1 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında yaralananlardan 6-sı Özünüməşğulluq proqramına cəlb edilmiş və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilən təlimlərdə iştirak edən vətəndaşlardır.

“Hadisə həmin yoldan keçən toy karvanındakı avtomobillərin toqquşması nəticəsində idarəetmədən çıxan avtomobilin dayanacaqda sərnişinləri mindirib düşürən mikroavtobusa çırpılması nəticəsində baş verib. Həmin vaxt dayanacaqda dayanan ictimai nəqliyyata minməyə çalışan təlim iştirakçıları da qəzadan yayına bilməyib”, – o qeyd edib.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb: “Xəsarətləri yüngül olan 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Qəzada müxtəlif bədən xəsarətləri alan 2 nəfər isə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkim nəzarəti altındadır. Baş vermiş qəza nəticəsində həyatını itirən vətəndaşımızın ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirik”.

19:34

Tərtər rayonunda iki minik avtomobili və mikroavtobusun iştirakı ilə baş verən ağır qəzanın bəzi təfərrüatı məlum olub.

“Report”un Qarabağ bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin xəttilə Tərtər şəhərində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən kursun iştirakçıları olub.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) “Report”a bildirilib ki, toy karvanı ilə hərəkət edən “KİA” markalı minik avtomobili ilə “Toyota Prius” markalı minik maşını toqquşub: “Daha sonra “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil qarşıda hərəkət edən mikroavtobusa çırpılıb. Nəticədə “Toyota Prius”un sərnişini aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ümumilikdə qəza zamanı 8 nəfər yüngül xəsarət alıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

18:23

Tərtər rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, “Kia” və “Prius” markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıblar.

Hadisə nəticəsində bir nəfər ölüb, 10-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən və yaralıların kimliyi, eləcə də hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki