Bu gün inzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək.
Doğru.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A növünə (AB və AC altqrupları) və B növünə (BA və BB altqrupları) uyğun vəzifələr üzrə test imtahanları təşkil edir.
İmtahanlar saat 11:00-da və 16:00-da başlayacaq. Namizədlər müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra binaya buraxılmayacaqlar. İmtahan yeri və vaxtı barədə məlumatlar buraxılış vərəqələrində əks olunub.
İmtahanda iştirak etmək üçün 1627 nəfər namizəd ərizə ilə müraciət edib. Namizədlər şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər.
İmtahan Bakı və Naxçıvanda kompüter vasitəsilə elektron formada keçirilir. Prosesə 2 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 106 nəzarətçi və 9 buraxılış rejimi əməkdaşı cəlb olunub.
DOĞRU.AZ