image-n1karobka_ads
image-123
image-17261393876015633463_1200x630backend

Dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə strateji kommunikasiyalar mövzusunda kurs keçirilib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İştirakçılara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib.

Kursda, həmçinin NATO-da strateji kommunikasiyanın təşkili və hərbi-ictimai əlaqələrin qurulması mövzusunda brifinqlər təqdim edilib, eləcə də qarşılıqlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Kurs müddətində iştirakçılar nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti ilə tanış olub, müvafiq tapşırıqları yerinə yetiriblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

DOĞRU.AZ

image-17261393874192847920_1200x630 image-17261393874550135100_1200x630 image-17261393875392122399_1200x630 image-1726139387952814172_1200x630 image-17261393876209557721_1200x630 image-17261393874175640402_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki