image-n1karobka_ads
image-123
image-bez-nazvaniya-3backend

Dumanlı hava şəraiti nə qədər davam edəcək?

image-ad_qayo_720x110px

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

“Gecə saatlarında buludsuz və az sürətli cənub-şərq küləkləri yer səthində əks şüalanma nəticəsində havanın effektiv soyumasına səbəb olub. Bunun nəticəsində yerüstü hava qatında duman əmələ gəlib”.

R.Verdiyev qeyd edib ki, Şabran, Sabirabad, Salyan, Cəfərxan, Neftçala, Biləsuvar, Bakı, Sumqayıt, Maştağa, Binə yaşayış məntəqələrində, Neft Daşlarında, Pirallahı, Çilov adalarında duman müşahidə olunur və dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır:

“Dumanlı hava şəraiti martın 12-dək fasilələrlə davam edəcək”.

Rafiq Verdiyevin sözlərinə görə, mart ayı üçün xarakterik olmayan yüksək temperatur rejimi fonunda temperatur martın 10-da iqlim normasından dörd dərəcə yüksək olub:

“Bakıda və Abşeron yarımadasında isə maksimal temperatur 14 dərəcə qeydə alınıb”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki