image-n1karobka_ads
image-123
image-6708f716-0433-34e4-a668-325fbe024c3a_850backend

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə start verəcək.

, 74 kq çəki dərəcəsində mübarizə aparan Eltac Qafarov mundialda yarışa qoşulacaq.

Turnirə təsnifat mərhələsindən başlayacaq Qafarovun ilk rəqibi Çin Taypeyindən Çenqçi Vey olacaq.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Artıq 3 idmançımız çıxışını başa vurub. Cavad Ağayev (68kq) bürünc medal qazanıb, Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) mübarizəni erkən dayandırıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki