image-2000x150px
image-123
image-ads_atlas
image-319946824_861614525258978_5913827974041264740_nbackend

Dünya çempionatının ən yaxşı 10 oyunçusu – SİYAHI

image-728x90px

Məşhur “Goal” nəşri yekunlaşmaqda olan dünya çempionatının ən yaxşı 10 oyunçusunun adını təqdim edib.

Belə ki, nəşr Argentina yığmasının hücumçusu Lionel Messini dünya çempionatının ən yaxşı hesab edir, ikinci və üçüncü pillələrdə Fransa yığmasının hücumçuları Kilian Mbappe və Antuan Qrizmann qərarlaşıb.

“İlk beşliy”i Mərakeş millisinin futbolçuları – Sofyan Amrabat və Əşrəf Həkimi qapayır.

Siyahıda növbəti “beşliy”ə daxil olan futbolçular:

Nikolas Otamendi (Argentina), Xulian Alvares (Argentina), Olivye Jiru (Fransa), Bruno Fernandes (Portuqaliya), Rişarlison (Braziliya).

Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalçıları Argentina və Fransa millisidir. Qızıl medallar uğrunda keçiləcək görüş dekabrın 18-i, Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki