image-2000x150px
image-54e9fca5949688a6eb6a3a158876ca28backend

DYP universitetlərə müraciət etdi

image-728x90px

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) universitet rəhbərlərinə müraciət edib.

Müraciətdə ali təhsil müəssisələrinin qarşısında vəziyyətin olduqca narahatedici olduğu ifadə edilib. BDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, ali təhsil müəssisələrinin qarşısında piyada qismində təhlükəki şəkildə hərəkət edən vətəndaşların sayı olduqca çoxalıb:

“Gənc nəslin nümayəndələri yollarda elə mənzərə yaradır ki, bu qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, ictimai fikirə də mənfi təsir edir. Bu cür davranışlara heç cür haqq qazandırmaq olmaz. Universitetlərin rəhbərlərindən, təlim-tərbiyə işlərini aparan pedoqoji kollektivlərdən artıq dərəcədə xahiş edirik ki, bu məsələləri mahiyyəti üzrə kollektivlərində müzakirə etsinlər, tələbə gənclər təşkilatlarının gündəliklərinə salsınlar. Cəmiyyətə savadlı mütəxəssisdən savayı, nizam-intizama hörmətlə yanaşan, məsuliyyət hissi yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır. İnanırıq ki, gənclərimiz həyati əhəmiyyəti olan yol hərəkəti qaydalarının düzgün təbliğatında bizə dəstək olacaqlar! Hər bir gəncimizin yolunun açıq olmasını arzu edir, heç kimin gəncliyinin yollarda bitməməsini diləyirik!”.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki