Əbu-Dabidə Yeni il gecəsi ən uzunmüddətli atəşfəşanlıq nümayişi üzrə yeni dünya rekordu müəyyənləşdirilib.
Doğru.az xəbər verir ki, SHOT Telegram kanalının məlumatına görə, şəhərdə təşkil olunan möhtəşəm atəşfəşanlıq şousu bir saatdan artıq — ümumilikdə 62 dəqiqə davam edib. Yeni il proqramı çərçivəsində təxminən 40 min atəşfəşanlıq elementi istifadə olunub, eyni zamanda səma şousunda 6500-dən çox dron iştirak edib.
Qeyd olunur ki, əldə edilən bu nailiyyət Ginnesin Rekordlar Kitabına daxil ediləcək.
Xatırladaq ki, daha əvvəl Həştərxan Dövlət Tibb Universitetinin Ailə Təbabəti kursu üzrə ambulator və təcili tibbi yardım şöbəsinin müdiri Yevgeni Popov pirotexniki vasitələrdən düzgün istifadə edilməməsinin təhlükəli nəticələri barədə xəbərdarlıq etmişdi.
DOĞRU.AZ




























