Yanvarın 9-da Ədliyyə naziri Fərid Əhmədov Salyan şəhərində vətəndaşların müraciətlərini dinləyib.
Doğru.az xəbər verir ki, nazir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Şirvan, Salyan, Hacıqabul, Sabirabad, Neftçala və Biləsuvar rayonlarından 74 vətəndaş ədliyyə fəaliyyəti və işə qəbulla bağlı müraciətlərini çatdırıb.
Müraciətlərin bir qismi yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlərə isə qanunvericiliyə uyğun baxılması üçün aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.
DOĞRU.AZ





























