image-n1karobka_ads
image-123
image-17567102343810541744_1200x630backend

Ədliyyə naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

image-ad_qayo_720x110px

Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 19-da Naxçıvan şəhərində Naxçıvan şəhər və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin müraciətlərini dinləyəcək.

Doğru.az xəbər verir ki, qəbula yazılmaq üçün vətəndaşlar sentyabrın 17-dək rəsmi iş günləri ərzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, +994 36 544 54 70 nömrəsinə və ya office@njustice.gov.az e-poçt ünvanına müraciət edə bilərlər.

Həmçinin nazirliyin +994 12 510 10 01 (daxili: 10941) nömrəsi, qebula@justice.gov.az e-poçt ünvanı və rəsmi saytın “Elektron xidmətlər” bölməsi vasitəsilə də qəbula yazılmaq mümkündür. Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbul Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək, iştirakçılara qəbul saatı əvvəlcədən bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki