image-2000x150px
image-315606587_5361207423990126_5893762492033289331_nbackend

Eduard Məmmədov ikiqat Avropa çempionu ola bilər – FOTO

image-728x90px

Türkiyənin Antalya şəhərində kikboksinq üzrə böyüklərin Avropa çempionatında ikinci gün yekunlaşıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, kikboksçularımız uğurlu çıxışını davam etdirir.

Belə ki, Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov kikboksinqin iki kateqoriyası üzrə finala çıxıb.

O, çıxış etdiyi 63 kq çəki dərəcəsində “Light contact”da Çətin Korkmaz (Türkiyə) və Vladimir Dudinskiyə (Slovakiya) qalib gəlib.

Məmmədov “Kick light”da da Vladimir Dudinskiyə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Hər iki final bu gün keçiriləcək.

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki