image-2000x150px
image-123
image-ads_atlas
image-332159219_769309717942473_5082545721256982887_nbackend

“El-Klassiko” öncəsi “Barselona”da ciddi itki

image-728x90px

“Barselona” ciddi itki ilə üzləşib.

Kataloniya təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, komandanın əsas qol silahı Robert Levandovski sıradan çıxıb.

“Almeriya”ya qarşı İspaniya La Liqası matçında (0:1) zədələnən polşalı bir müddət yaşıl meydanlardan kənar qalacaq. Forvardın zədəsi çox ciddi olmasa da, onun “Real”a qarşı bu həftə baş tutacaq Kral Kubokunun yarımfinal oyununu buraxacağı dəqiqləşib.

Levandovskinin hansı müddətə yaşıl meydanlardan kənar qalacağı müayinələrdən sonra dəqiqləşəcək.

Martın 3-də keçiriləcək “El-Klassiko” Bakı vaxtı ilə 00:00-da start götürəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki