image-2000x150px
image-123
image-ads_atlas
image-311280781_803783314194924_753729763375477802_nbackend

 Elektromobillərin idxal gömrük rüsumunun ləğvi benzinin qiymətini ucuzlaşdıracaq?

image-728x90px

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib. Burada məqsəd alıcıların diqqətini ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinə yönəltməkdən ibarətdir. Bildirək ki, 2022-ci il yanvarın 1-də yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin idxalı ilə bərabər, satışı da əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Eyni tarixdə elektromobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı da üç il müddətinə əlavə dəyər vergisindən azad olunub.

Maraqlıdır, bu addım maşın bazarında elektrik mühərrikli avtomobillərin həm sayının, həm də qiymətlərinin artmasına səbəb ola bilərmi? Eyni zamanda elektromobillərə üstünlük veriləcəyi təqdirdə benzinin ucuzlaşması gözlənilirmi?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov  açıqlamasında qeyd edib ki, elektrik mühərrikli avtomobillərin idxal gömrük rüsumunun sıfır faizə endirilməsi təqdirəlayiq addımdır:

“Ancaq biz baxaq görək, elektriklə işləyən avtomobillərin həcmi ümumi avtomobil bazarında nə qədərdir? Onlar cəmi 5-10 faizi təşkil edir. Doğrudur, yarı elektriklə, yarı yanacaqla işləyən avtomobillər var, amma sırf elektriklə işləyənlərin faiz nisbəti çox aşağıdır. Lakin onlar ekoloji baxımdan əhəmiyyətlidir. Çünki alternativ yanacaq mənbələrindən istifadənin, neft və neft məhsullarından daha az istifadənin ekoloji səbəbləri var”.

Ekspert avtomobillərin qiymətinin kəskin artacağını düşünmədiyini də diqqətə çatdırıb:

“Çünki elektriklə işləyən avtomobillər ən çox şəhər mühitinə və sürəti az olan yollara uyğundur. Ona görə də onların qiymətində sıçrayış olacağını düşünmürəm. Bu, ağlabatan deyil. Benzin qiymətində də azalma müşahidə olunmayacaq. Çünki avtomobil parkında kifayət qədər sırf benzinlə işləyən iri və xırda tutumlu, təqribən 1,5-3 min kubsantimetr həcmli mühərriklə işləyən avtomobillər var. Onların sayı o qədər çoxdur ki, azalmalarını qısa bir zamanda müşahidə edə bilmərik. Bunun üçün illər lazımdır. Həmçinin də keyfiyyət lazımdır. Elektromobillər benzinlə, dizellə işləyən avtomobillərin komfortunu əvəz edə biləcəkmi? Bunu zaman göstərəcək”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki