Elm və Təhsil naziri Emin Əmrullayev oktyabrın 31-də Salyan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Doğru.az xəbər verir ki, qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.
Qeydiyyat üçün sakinlər oktyabrın 17-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–2 və 146–6 nömrələrinə zəng edə, nazirliyin rəsmi saytının əlaqə bölməsi vasitəsilə elektron müraciət göndərə və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” ilə yazışa bilərlər.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
DOĞRU.AZ