image-2000x150px
image-123
image-ads_atlas
image-17144833233258047865_1200x630backend

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb – FOTO

image-728x90px

Elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.

Nazirlikdən Doğru.az-a bildirilib ki, Emin Əmrullayev “Maarifçi”lərlə bağlı gözləntilərini dilə gətirərək bu kimi proqramların tələbə və gənclərlə ünsiyyət, onların dövlət qurumlarının fəaliyyəti barədə məlumatlandırılması baxımından faydalılığını qeyd edib. Nazir, həmçinin sözügedən proqramın əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Proqram iştirakçılarının təəssüratlarını öyrənən elm və təhsil naziri sonda onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 27 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçıların 9-u magistratura tələbəsi, 6-sı III kurs, 8-i IV kurs bakalavriat tələbəsi, 4-ü isə son 3 il ərzində məzun olmuş şəxsdir.

Proqram ərzində 13 nəfər Elm və Təhsil Nazirliyi, 2 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 6 nəfər Peşə Təhsili üzrə Dövlət Agentliyi, 6 nəfər isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrində təcrübə keçəcək.

Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarını formalaşdırmaq, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarını artırmaq, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələrinə, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.

Proqram 3 ay davam edəcək və sonda iştirakçılara sertifikat təqdim olunacaq.

DOĞRU.AZ

image-17144833233799325445_1200x630 image-17144833231682236039_1200x630 image-17144833235567415103_1200x630 image-17144833235431917781_1200x630 image-17144833236023943473_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki