image-n1karobka_ads
image-123
image-17189873373817336425_1200x630backend

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib – FOTO

İyunun 21-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.

Elm və Təhsil Nazirliyindən Doğru.az-a bildirilib ki, qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar təhsilverənlərin sertifikatlaşdırılması, müəllimlərin yerdəyişməsi, xarici diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

DOĞRU.AZ

image-17189873375347150167_1200x630 image-17189873374257345287_1200x630 image-17189873371022739489_1200x630 image-17189873372936861537_1200x630 image-1718987337433148857_1200x630 image-17189873376491032576_1200x630 image-17189873376515513296_1200x630 image-17189873374440433415_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki