image-ads_n1karobka_mobile
image-1750660508_1743187440_eminbackend

Elm və Təhsil naziri Oğuzda qəbul keçirəcək

image-add-a-heading

Doğru.az xəbər verir ki, Elm və Təhsil Naziri Emin Əmrullayev iyulun 25-də Oğuz şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyənlər iyulun 11-dək saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–2 və 146–6 nömrələrinə (yalnız iş günləri və saatları ərzində) zəng edərək qeydiyyatdan keçə bilərlər. Bundan əlavə, nazirliyin rəsmi saytında https://edu.gov.az/az/contact_us bölməsindən elektron müraciət göndərmək və ya +994 51 206 78 48 nömrəsinə WhatsApp vasitəsilə əlaqə saxlamaq mümkündür.

Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki