Avqustun 23-də elm və təhsil naziri Emin Əmrullayev Şamaxı şəhərində vətəndaşların müraciətlərini dinləyib. Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Elm və Təhsil Nazirliyindən Doğru.az-a bildirilib ki, qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir Emin Əmrullayev qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
DOĞRU.AZ