image-2000x150px
image-123
image-ads_atlas
image-n-e1697016607646backend

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

image-728x90px

Elm və təhsil naziri Emin Əmrullayev aprelin 19-da Samux rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən Dogru.az-a bildirilib ki, qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri aprelin 15-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki