image-n1karobka_ads
image-123
image-17361740061124550084_1200x630backend

Elm və təhsil naziri Zərdabda vətəndaş qəbulu keçirəcək

image-ad_qayo_720x110px

Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 24-də Zərdab şəhərində vətəndaş qəbulu keçirəcək.

Nazirlikdən Doğru.az-a bildirilib ki, qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir sakinləri iştirak edə bilərlər.

Həmin şəhər və rayonların sakinləri yanvarın 16-sı saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki