image-n1karobka_ads
image-123
image-17237373921579759220_1200x630backend

Elm və Təhsil Nazirliyinə son 14 gündə daxil olan müraciətlərinin sayı açıqlanıb

image-ad_qayo_720x110px

Avqustun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 46 419 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən Doğru.az-a bildirilib ki, müraciətlərin 30 149-u çağrı mərkəzləri, 563-ü sosial media, 5 532-si vatsap vasitəsilə, 3 203-ü elektron, 1 080-i yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 5 892 müraciət qeydə alınıb.

Müraciətlər şagird yerdəyişməsi, müəllimlərin işə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, Dövlət Proqramı, peşə təhsili müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki