image-2000x150px
image-123
image-ads_atlas
Əməkdar artist Kübra Dadaşovanın bu gün ildönümüdürbackend

Əməkdar artist Kübra Dadaşovanın bu gün ildönümüdür

image-728x90px

Doğru.az xəbər verir ki, bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar Artist Kübra xanım Dadaşovanın vəfatından 64 il ötür. Əməkdar artist Kübra Məmmədağa qızı Dadaşova 31 avqust 1957-ci ildə görkəmli aktyor Məmmədağa Dadaşovun ailəsində dünyaya gəlib.

Aktirisa 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitiribdir. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıbdır.Fitri istedada, inprovizə məharətinə malik olan aktrisa dramatik və komik səpkili rolları ilə tamaşaçılarına sevimlisinə çevrilmişdir.

.
Əməkdar artist Kübra Dadaşova (R.B.Əfəndiyevin “Qonşu qonşu olsa, kor qız ərə gedər”), Mənzərə (Ə.Orucoğlu “Pul dəlisi”), Qəmər Banu (Elçin “Mahmud və Məryəm”), Mürəbbiyyə (A.Şaiq “Danışan gəlincik”, Ana (ərəb xalq nağılı “Ələddinin sehirli çırağı”), Alverçi qadın (Tamara “Mənim ağ göyərçinim”), Quluməmməd (Azərbaycan xalq nağılı “Cənnətin üç alması”), Gövhər (Ə.Orucoğlu «Məhəbbət bir bəladır»), Küpəgirən (A.Həsənzadə «Mağara») teatr tamaşalarında üzərinə düşən obrazları özünəməxsus şəkildə canlandıra bilmək bacarığına malik idi.

Xanım aktirisa teatrla yanaşı film sahəsində də bacarıq nümayiş etdiribdir.Çəkildiyi “Gecə qatarında qətl”, “Qəzəlxan”, ”Ömürdən uzun gecə”, ”Nə gözəldir bu dünya” və s bu kimi bir çox filmlərdə yadda qalan obrazlar yaradıbdır.

Əməkdar artist Kübra Dadaşova 12 fevral 2017-ci ildə 59 yaşında şəkər xəstəliyindən vəfat edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki