image-ads_n1karobka_mobile
Əməkdar artist vəfat etdibackend

Əməkdar artist vəfat etdi

Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məlumat verib.
Aktrisa Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

Qeyd edək ki, aktrisa “Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktrisanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.
Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki