image-2000x150px
image-123
image-ads_atlas
Əməkdar mədəniyyət işçisi “Qızıl ulduz” mükafatına layiq görüldü – FOTOLARbackend

Əməkdar mədəniyyət işçisi “Qızıl ulduz” mükafatına layiq görüldü – FOTOLAR

image-728x90px

Azərbaycan xalçaçılıq sənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.

Doğru.az xəbər verir ki, bu barədə məlumat verən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə bildirib ki, R.Tağıyeva, həmçinin “Türk dünyasında ilin mədəniyyət adamı” diplomu ilə də təltif olunub.

Professor R.Tağıyeva bu təltiflərə Türk dünyası elminə və mədəniyyətinə göstərdiyi xidmətlərə görə layiq görülüb.

R.Tağıyeva xalça sənətinin tədqiqinə və bu sənətin dünyada təbliğinə həsr olunmuş çox saylı elmi əsərlərin müəllifidir. 1982-ci ildən 2016-cı ilədək Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru işləyib. Onun rəhbərliyi altında bır sıra layihələr həyata keçirilib, elmi-sənədli filmlər çəkilib. Müəllifi olduğu əsərlər, monoqrafiyalar rus, ingilis, çex, ərəb, fransız və digər dillərdə nəşr edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki