Elm və Təhsil naziri Emin Əmrullayev sentyabrın 26-da Gədəbəy şəhərində vətəndaşlarla görüşəcək.
Doğru.az xəbər verir ki, qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinləri iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyənlər sentyabrın 15-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–2 və 146–6 nömrələrinə (yalnız iş günləri və saatları ərzində) zəng etməli, həmçinin nazirliyin rəsmi saytında elektron müraciət və ya +994 51 206 78 48 nömrəsinə WhatsApp vasitəsilə müraciət göndərə bilərlər. Qeydiyyat mütləqdir.
DOĞRU.AZ