Elm və təhsil naziri Emin Əmrullayev “INMerge” İnnovasiya Sammitində çıxışı zamanı məktəbdə innovasiyanın öyrədilməsinin əsas məsələsinin hansı üsullarla həyata keçirilməsi olduğunu vurğulayıb.
Doğru.az xəbər verir ki, nazir qeyd edib ki, təkcə ixtisasların və magistr proqramlarının artırılması kifayət deyil:
“Sadəcə “İnnovasiya və Sahibkarlıq üzrə Magistr” proqramı açmaqla sahibkar yetişdirmək mümkün deyil. Bəzən yumşaq bacarıqlara (soft skills) diqqət yetirmək texniki biliklərin (hard skills) əhəmiyyətini arxa plana keçirir. Riyaziyyat, mühəndislik və hüquq kimi fundamental biliklər innovasiyanın əsasıdır. Bu baza olmadan sadəcə “innovasiya haqqında danışmaq” nəticə vermir”.
E. Əmrullayev əlavə edib ki, təhsil sisteminin dizaynı də xüsusi önəm daşıyır:
“Müəllim mərkəzli, yoxsa şagird mərkəzli yanaşma? 45 dəqiqəlik dərsdə şagirdlər nə qədər, müəllimlər nə qədər danışmalıdır?”
DOĞRU.AZ