image-ads_n1karobka_mobile
image-5cdc062b-b5fd-3360-b30c-651feaa7fc9f_850backend

Əmisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Əmisini öldürməkdə təqsirləndirilən Bahadur İsmayılovun məhkəməsi başlayır.

İş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin aprelində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində qeydə alınıb.

Belə ki, ittiham aktına görə, rayon sakini B.İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Ə.İsmayılov bir neçə gün sonra ölüb.

B.İsmayılova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurmaehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki